Olimpiada-2024: Fransa və Argentinanın rəqibləri bəlli olub

Xəbərlər
21 Mart 2024 01:03
119
Olimpiada-2024: Fransa və Argentinanın rəqibləri bəlli olub

Paris-2024 Yay Olimpiya Oyunlarında futbol turnirinin püşkü atılıb.

İdman.biz xəbər verir ki, son dünya çempionatının finalçılarının rəqibləri bəlli olub.

Meydan sahibləri A, argentinalılar B qrupunda yarışacaqlar. Olimpiadanın daha bir favoriti İspaniya C qrupunda yer alıb.

Qruplarda bütün iştirakçıları bəlli olmayıb. Asiya qitəsinin seçmə mərhələ oyunlarından sonra 3, qitələrarası pley-off mübarizəsindən sonra 1 xoşbəxtin adına aydınlıq gələcək.

Qeyd edək ki, Olimpiadanın final matçı avqustun 9-da “Park de Prens” stadionunda baş tutacaq.

A qrupu: Fransa, ABŞ, Qitələrarası pley-offun qalibi, Yeni Zelandiya
B qrupu: Argentina, Mərakeş, Asiya seçməsinin 3-cüsü, Ukrayna.
C qrupu: Asiya seçməsinin 2-cisi, İspaniya, Misir, Dominikan Respublikası.
D qrupu: Asiya seçməsinin 1-cisi, Paraqvay, Mali, İsrail.

İdman.biz