“Portu”nun prezidentindən Mourinyoya dəstəki: “Çox təəssüf ki, “Barselona” bu vəziyyətdədir”

5 Oktyabr 2026 21:01
88
“Portu”nun prezidentindən Mourinyoya dəstəki: “Çox təəssüf ki, “Barselona” bu vəziyyətdədir”

“Portu”nun prezidenti Andre Villas-Boaş “Real Madrid”in baş məşqçisi Joze Mourinyoya dəstək verib.

İdman.Biz “Corriere dello Sport”a istinadən xəbər verir ki, Villas-Boaş Mourinyonun hələ də dünyanın ən yaxşı məşqçilərindən biri olduğunu və hazırda ən böyük klubu çalışdırdığını bildirib:

“Joze Mourinyo hələ də dünyanın ən yaxşıları arasındadır, mən bunu həmişə bilirdim. İndi isə o, dünyanın ən yaxşı klubunu idarə edir”.

Villaş-Boaş “Barselona”nın yaratdığı rəqabətin Mourinyo üçün ciddi çağırış olduğunu da qeyd edib:

“Çox təəssüf ki, “Barselona” bu vəziyyətdədir. O, onları əla bir zamanda, eynilə “İnter”dən ayrıldığı vaxtdakı kimi tapır. Lakin bunlar Mourinyonun ən çox zövq aldığı çətinliklərdir”.

Qeyd edək ki, Mourinyo ötən yay Florentino Peres tərəfindən “Real Madrid”in baş məşqçisi təyin edilib. Madrid klubu iki mövsümdür əsas kubok qazana bilmir.

Mourinyonun keçmiş futbolçusu Uesli Sneyder də daha əvvəl portuqaliyalı mütəxəssis haqqında müsbət fikirlər səsləndirib. O, “Mourinyo “Real Madrid”i geriyə döndərə biləcək yeganə məşqçidir” deyib.

İdman.Biz