Zamiq Əliyevin komandasından Albaniya çempionatında ardıcıl ikinci qələbə

1 Sentyabr 2026 00:10
104
Zamiq Əliyevin komandasından Albaniya çempionatında ardıcıl ikinci qələbə

Azərbaycan millisinin futbolçusu Zamiq Əliyevin çıxış etdiyi "Eqnatiya" Albaniya çempionatının ikinci turunda da qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, ölkənin son çempionu səfərdə "Vora"nı 3:1 hesabı ilə üstələyib.

İlk hissə qolsuz başa çatıb. 65-ci dəqiqədə ev sahibləri Bernard Karriçanın qolu ilə irəli çıxıblar. Lakin artıq 69-cu dəqiqədə Daniel Acessa tarazlığı bərpa edib. 76-cı dəqiqədə Alessandro Albanese "Eqnatiya"nı öndə keçirib, 86-cı dəqiqədə isə Andre Yaqo yekun hesabı müəyyənləşdirib – 3:1.

Zamiq Əliyev "Eqnatiya"nın start heyətində meydana daxil olub və bütün 90 dəqiqəni oyunda keçirib.

Beləliklə, "Eqnatiya" ilk turda komanda "Tirana"nı 3:0 hesabı ilə darmadağın etmişdi. İki oyundan sonra altı xal toplayan komanda turnir cədvəlinə başçılıq edir.

İdman.Biz