Murad Məmmədovun komandası Albaniyada heç-heçə etdi

21 Avqust 2026 01:29
97
Murad Məmmədovun komandası Albaniyada heç-heçə etdi

Azərbaycanın U-21 millisinin üzvü Murad Məmmədovun formasını geyindiyi Kiprin “Pafos” fotbol komandası UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda üstünlük qazana bilməyib.

İdman.Biz xəbər verir ki, Kipr komandası səfərdə Albaniyanın “Dinamo Siti” komandası ilə 1:1 hesablı heç-heçə edib.

Qarşılaşma Albaniyanın Elbasan şəhərində yerləşən “Elbasan Arena”da keçirilib. İlk hissədə hesab açılmayıb, hər iki qol fasilədən sonra vurulub.

Millimisin üzvü bu oyunda komandanın heyətinə salınmayıb.

Xatırladaq ki, millimizin 20 yaşlı yarımmüdafiəçi bu yay “Neftçi”dən Kipr klubuna keçib.

Məmmədov “Pafos”un bundan əvvəl UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində “Zaltsburq”la 3:3 hesablı heç-heçə etdiyi görüşdə fərqlənib. Millimizin üzvü 82-ci dəqiqədə meydana daxil olub və cəmi iki dəqiqə sonra komandasının üçüncü qolunu vurub.

“Dinamo Siti” – “Pafos” cütünün cavab qarşılaşması avqustun 27-də Kiprdə, “Alphamega” stadionunda keçiriləcək.

İdman.Biz