Azərbaycan millisinin oyunçusu Elvin Cəfərquliyev “FIFA Series-2026” beynəlxalq turnirinin ən yaxşı futbolçusu adına layiq görülüb.
İdman.Biz bildirir ki, Azərbaycan “FIFA Series-2026”nın qalibi olub.
Komanda final görüşündə Syerra-Lyoneni penaltilərdə məğlub edib – 9:8. Oyunun əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Turnirin ilk oyununda Azərbaycan Sent Lüsiyanı məğlub edib – 6:1.
Bütün oyunlar Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilib.
