Avropa çempionatının seçmə mərhələsi çərçivəsində 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Cəbəlüttariqlə qarşılaşıb.
İdman.Biz bildirir ki, oyun “Europa Point Stadium”da keçirilib.
B qrupunun qarşılaşması 1:0 hesabı ilə Azərbaycan millisinin xeyrinə başa çatıb.
Yeganə qolu 54-cü dəqiqədə Murad Məmmədov vurub.
