Azərbaycan millisi 2025-ci ili qalib gəlmədən tamamlayaraq antirekordu təkrarlayıb.
İdman.Biz xəbər verir ki, bu il 10 oyuna çıxan milli komanda bunun səkkizində məğlub olub, iki dəfə isə heç-heçə edib.
Qeyd edək ki, oxşar hal son dəfə 2005-ci ildə baş verib. Həmin il milli komanda 11 oyunda doqquz məğlubiyyət və iki bərabərliklə qələbə qazana bilməyib.
