“Barselona”nın 22 yaşlı yarımmüdafiəçisi Pedri həyatında yeni səhifə açıb.
İdman.Biz xəbər verir ki, İspaniya mediasında yer alan məlumata görə, Pedri əsassız olmayan sevgi hadisələrinin mərkəzinə düşüb.
Hazırda onun sevgi münasibətdə olması və tərəfdaşının Alejandra Dorta olduğuna dair iddialar yayılıb.
Mənbələr bildirir ki, Alejandra Dorta 28 yaşındadır, model və sosial media fenomenidir. Onun instaqram hesabını bəyənənlər sırasında Pedrinin də adı var.
Onların münasibətinin 2025-ci ilin yay aylarında başlandığı və hazırda birlikdə Tenerife adasında istirahətdə olduqları iddia edilir.
