Hazırda Rusiyanın “Dinamo” (Moskva) futbol klubunda çıxış edən azərbaycanəsilli futbolçu Ülvi Babayev Rusiya U-21 millisinin heyətində dubla imza ataraq komandasına vacib qələbə qazandırıb.
İdman.Biz Rusiya KİV-ə istinadən xəbər verir ki, həmyerlimiz “Manas Kuboku”nda Bəhreynin 23 yaşadək futbol komandasına qarşı oyunun 90+9 və 90+11-ci dəqiqələrində qol vuraraq komandasına 2:0 hesablı qələbə qazandırıb.
Xatırladaq ki, 21 yaşlı Ülvi Babayev Moskva vilayətinin Ximki şəhərində anadan olub və 2021-ci ildən Moskva “Dinamo”sunda çıxış edir. O, dəfələrlə müxtəlif yaş qrupları üzrə Rusiya yığmalarına dəvət alıb. Azərbaycanəsilli rusiyalı futbolçu Ülvi Babayev oktyabr ayında Samaranın “Krılya Sovetov” klubunun qapısından üç qol keçirməklə oyunun qəhrəmanına çevrilmişdi.
