Bu gün Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxacaq.
İdman.Biz xəbər verir ki, B qrupunda yer alan komanda səfərdə Cəbəllütariqlə qarşılaşacaq.
Görüş “Europa Point Stadium”da, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Oyunun baş hakimi rumıniyalı Andrei Çivulete olacaq.
Qeyd edək ki, yığma növbəti matçını 2026-cı il martın 27-də Portuqaliyaya qarşı keçirəcək.
Rəşad Eyubovun baş məşqçisi olduğu kollektiv qrupda 2 xalla 5-ci pillədə qərarlaşıb. Portuqaliya (12 xal) birinci, Çexiya (9 xal) ikinci, Şotlandiya (7 xal) üçüncü, Bolqarıstan (7 xal) dördüncüdür. Xalı olmayan Cəbəllütariq sonuncu - altıncı pillədə qərarlaşıb.
