Ayxan Abbasov Azərbaycan futbolunun qarşısındakı problemlərdən danışıb

Xəbərlər
12 Noyabr 2025 22:26
26
Ayxan Abbasov Azərbaycan futbolunun qarşısındakı problemlərdən danışıb

“3-4 gün öncə AFFA-da idim. Baş katiblə bu oyunlar haqda danışırdıq, mövzu elə yerə getdi ki, uşaq futbolu, problemlər... Bir də gördük ki, 4 saatdır danışırıq”.

İdman.Biz bildirir ki, bu sözləri futbol üzrə milli komandanın baş məşqçisi Ayxan Abbasov U-19 yığmasının nəticəsinin fonunda Azərbaycan futbolunun durumundan danışarkən işlədib.

Azərbaycanın U-19 yığması Avropa çempionatının seçmə oyununda Çexiyaya 1:6 hesabı ilə uduzub.

“Çox çətindir. Bizdən üstün rəqiblərə qarşı çətinlik çəkirik. Tək əsas milli yox, digər yığmalar da. Demək ki, biz onlardan zəifik. Biz inkişaf ediriksə, onlar 5 addım atır. Biz bir meydança tikib seviniriksə, onlar 10 dənəsini tikir. Bu rəqabətdə uduzacağıq. Amma təsli olmalıyıq? Yox. Bir az da aktiv olmalıyıq, problemləri həll etməliyik”, - Abbasov bildirib.

Baş məşqçinin fikrincə, futbolçuların inkişafı üçün klublar önəmlidir: “O futbolçular klubdan gəliblər. Klublardakı iş önəmlidir. Klublarda uşaq futboluna necə yanaşacağıq? Uşaq futbolu ayrılmalıdır. Bəlkə də normaldır. Bəzi böyük klublar var ki, akademiyaları çox zəifdir. Daha çox kənardan oyunçu gətirirlər. Bizdə proses getməlidir, uşaq komandaları artmalıdır. Buna başlamasaq, akademiyaların tikilişi....Bunlar olmasa, bu hesablar olacaq”.

İdman.Biz

Məqalədə: