Anton Krivotsyuk: “Qarşılaşmaya yaxşı hazırlaşmışıq”

Xəbərlər
12 Noyabr 2025 20:01
39
Anton Krivotsyuk: “Qarşılaşmaya yaxşı hazırlaşmışıq”

“Azərbaycan millisi İslandiyanı yaxşı təhlil edib”.

İdman.Biz bildirir ki, bunu futbol üzrə Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk mətbuat konfransında deyib.

Müdafiəçi İslandiya yığmasına qarşı keçirəcəkləri DÇ-2026-nın seçmə mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb:

“Rəqibimizi yaxşı təhlil etmişik. İslandiyanın heyətində güclü futbolçular yer alıb. Bizi çətin oyun gözləyir. Qarşılaşmaya yaxşı hazırlaşmışıq. İnanırıq ki, sabah yaxşı çıxış edəcəyik”.

Qeyd edək ki, Azərbaycan - İslandiya matçı sabah, 8-ci km qəsəbə stadionunda saat 21:00-da start götürəcək.

İdman.Biz