Azərbaycan millisində yeni təyinat olub

Xəbərlər
6 Oktyabr 2025 22:33
42
Azərbaycan millisində yeni təyinat olub

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasında yeni təyinat olub.

İdman.biz Sportnet.az-a istinadən bildirir ki, yığmada qapıçılarla iş üzrə məşqçi vəzifəsi Rauf Mehdiyevə həvalə olunub.

O, U-21-də baş məşqçi Rəşad Eyyubovun rəhbərliyi altında çalışacaq.

Mehdiyevin son iş yeri I Liqada çıxış edən “Mingəçevir” klubu olub. O, yayda baş məşqçi Füzuli Məmmədov və digər köməkçi-məşqçilərla birlikdə komandadan ayrılıb.

Qeyd edək ki, Ayxan Abbasovun Azərbaycanın əsas millisinə baş məşqçi təyinatından sonra U-21 Rəşad Eyyubova tapşırılıb. Eyyubovun əsas köməkçisi isə Fərid Namazov olacaq. Fiziki hazırlıq üzrə məşqçinin adına isə hələ aydınlıq gəlməyib.

İdman.biz