“Lans”ın forvardı Azərbaycanla oyun öncəsi Fransa millisinə qayıdıb

Xəbərlər
6 Oktyabr 2025 21:48
39
“Lans”ın forvardı Azərbaycanla oyun öncəsi Fransa millisinə qayıdıb

PSJ-nin hücumçusu Bredli Barkola Fransa millisinin qarşıdan gələn 2026-cı il dünya çempionatının seçmə oyunlarında iştirak etməyəcək. O, Çempionlar Liqasında “Atalanta” ilə oyunda zədə alıb.

İdman.biz-in məlumatına görə, baş məşqçi Didye Deşam onun yerinə “Lans”ın 2019-cu ildən millidə çıxış etməyən 32 yaşlı hücumçusu Florian Toveni çağırıb. Tovenin dönüşü oktyabrın 10-da Azərbaycanla keçiriləcək DÇ-2026-nın seçmə oyununa təsadüf edir.

Fransa Azərbaycanla oyundan sonra 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 13-də İslandiya ilə qarşılaşacaq.

İdman.biz