Oliveyradan Fiziyevi əvəzləməkdən imtina edən rəqiblərinə SƏRT TƏNQİD

Xəbərlər
22 Sentyabr 2025 08:20
45
Oliveyradan Fiziyevi əvəzləməkdən imtina edən rəqiblərinə SƏRT TƏNQİD

Keçmiş UFC çempionu Çarls Oliveyra Rio-de-Janeyroda keçirilməsi planlaşdırılan döyüşünün sual altına düşməsi ilə bağlı vəziyyəti şərh edib.

İdman.biz xəbər verir ki, əvvəlcə braziliyalı döyüşçü Rafael Fiziyevlə qarşılaşmalı idi, lakin azərbaycanlı idmançı zədələndiyi üçün turnirdən çəkilib.

Bundan sonra polşalı Mateuş Qamrot əvəzləməyə hazır olduğunu bildirib, fransız Benua Sen-Deni isə iştirakdan imtina edib.

Belə olan halda Oliveyra özündən çıxıb: “Hamı bilir ki, mənim döyüşüm təhlükə altındadır. Sosial şəbəkələrdə "döyüşməyə hazıram" deyənlərə inanmayın. Cavab eynidir: "Yox, çəki salmağa vaxtım çatmaz". Onlar sadəcə internetdə səs-küy salmaq üçün danışırlar”.

Braziliyalı idmançı mümkün rəqiblərini sərt tənqid edib: “Bütün bunlar heç də yaxşı görünmür. Birinin guya qarnı ağrıyır, digərinin barmağı. Yetər artıq bəhanələr. Açığı, vəziyyət xoşagələn deyil”.

İdman.biz