Leyla Əliyeva, Arzu Əliyeva və ailə üzvləri "UFC Fight Night"ı izləyiblər - FOTO

Xəbərlər
22 İyun 2025 09:31
179
Leyla Əliyeva, Arzu Əliyeva və ailə üzvləri "UFC Fight Night"ı izləyiblər - FOTO

Azərbaycanda ilk dəfə təşkil olunan "UFC Fight Night" yarışına yekun vurulub.

İdman.biz xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev və ailə üzvləri də gecəni Bakı Kristal Zalında izləyiblər.

Bu barədə Leyla Əliyeva instaqram hesabında paylaşım edib.

Qeyd edək ki, yarışda ümumilikdə 24 idmançı qüvvəsini sınayıb. Azərbaycan gecədə 3 döyüşçü ilə təmsil olunub.

İdman.biz