Nazim Sadıxov: "Məni burada məğlub etmək istəyən tapança ilə gəlməlidir"

Xəbərlər
22 İyun 2025 00:41
57
Nazim Sadıxov: "Məni burada məğlub etmək istəyən tapança ilə gəlməlidir"

"Mənim rəqibim kifayət qədər güclü idi".

İdman.biz xəbər verir ki, Bakıda keçirilən ilk UFC turnirində qələbə qazanan Nazim Sadıxov deyib.

Azərbaycanlı döyüşçü braziliyalı Nikolas Mottaya texniki nokautla qalib gəldiyi döyüşü şərh edib: "Bura Azərbaycandır. Məni burada məğlub etmək istəyən tapança ilə gəlməlidir. Vətəndə yalnız qələbə qazanmaq haqqında düşünürdüm. Rəqibim də döyüşə yaxşı hazıraşmışdı və çox çalıdşıd. Amma məni məğlub edə bilmədi. Çünki biz Azərbaycandayıq. Mənim ürəyim Azərbaycanla döyünür".

Qeyd edək ki, Nazim UFC-də 12-ci qələbəsini qazanıb.

İdman.biz