Rafael Fiziyev Qurban Qurbanovla görüşüb - FOTO

Xəbərlər
16 İyun 2025 14:32
47
Rafael Fiziyev Qurban Qurbanovla görüşüb - FOTO

Məşhur UFC döyüşçüsü Rafael Fiziyev "Qarabağ" klubunun qonağı olub.

İdman.biz Teleqraf-a istinadən xəbər verir ki, 32 yaşlı azərbaycanlı idmançı "köhlən atlar"a məxsus "Azersun Arena"nı ziyarət edib.

Fiziyev "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov və futbolçusu Bəhlul Mustafazadə ilə görüşüb.

Qeyd edək ki, Rafael Fiziyev iyunun 21-də keçiriləcək UFC turnirində iştirak edəcək. O, Bakı Kristal Zalında təşkil olunacaq yarışda İqnasio Baxamondeslə üz-üzə gələcək.

İdman.biz