Rusiyalı döyüşçü Tagir Ulanbekov iyunun 21-də Bakıda keçiriləcək ilk UFC turnirində yüngül çəkidə UFC çempionu İslam Maxaçevin iştirak edə biləcəyini təsdiqləyib.
İdman.biz xəbər verir ki, o, "Match TV"yə müsahibəsində komandanın digər üzvləri, o cümlədən Usman Nurməhəmmədov da Azərbaycandakı döyüşə gələcəyini bildirib.
"Bəli, düşünürəm ki, İslam gələcək. Tək o yox, komandanın digər üzvləri də orada olacaq. Usman da gəlməlidir", deyə idmançı bilidrib.
Ulanbekov Bakıda zədəli Kedji Horiquçini əvəzləyəcək qazaxıstanlı Azat Maksumla görüşəcək. Tagir onun yarışa hazırlanmasında Həbib Nurməhəmmədovun roluna xüsusi diqqət yetirib.
Onun sözlərinə görə, keçmiş çempion nəinki döyüşdə ikinci olacaq, həm də artıq məşq prosesində fəal iştirak edir: "Zəng edir, yazır, idman zalına gəlir, hazırlığa nəzarət edir. Onun məsləhəti çox önəmli və ruhlandırıcıdır".
İdman.biz