Tacikistanlı və avstriyalı Bakıda döyüşəcəklər

Xəbərlər
17 May 2025 14:59
37
Tacikistanlı və avstriyalı Bakıda döyüşəcəklər

Bakıda keçiriləcək UFC turnirinin qarşılaşmalar siyahısına onuncu döyüş əlavə olunub.

İdman.biz xəbər verir ki, bu qarşılaşma 65 kq-da, yəni yarımyüngül çəki kateqoriyasında baş tutacaq.

Döyüşdə tacikistanlı Məhəmməd Naimov (13-3) və avstriyalı Boqdan Qrad (20-6) üz-üzə gələcəklər.

Naimov 30 yaşındadır. O, 2018-ci ildən peşəkar kimi döyüşür, 2023-cü ildən isə UFC-də çıxış edir. Son döyüşünü 2024-cü ilin fevralında UFC Fight Night 250 turnirində keçirib və avstraliyalı Kaan Ofliyə hakimlərin yekdil qərarı ilə qalib gəlib.

Qrad 29 yaşındadır. 2014-cü ildən peşəkar karyerasına başlayan idmançı 2025-ci ildə UFC-də debüt edib. O, UFC Fight Night 250 turnirində braziliyalı Lukas Aleksandranı texniki nokautla məğlub edib.

Bakıda iyunun 21-də keçiriləcək turnirdə iki azərbaycanlı idmançı da iştirak edəcək: Rafael Fiziyev çilili İqnasio Bahamondeslə, Nazim Sadıxov isə braziliyalı Nikolas Motta ilə qarşılaşacaq.

İdman.biz