Vüqar Kərəmov: “İnanıram ki, yaponla döyüşdə əziyyətimiz yerdə qalmayacaq” - MÜSAHİBƏ

Müsahibə
30 Yanvar 2024 17:12
Vüqar Kərəmov: “İnanıram ki, yaponla döyüşdə əziyyətimiz yerdə qalmayacaq” - MÜSAHİBƏ

Azərbaycanın MMA döyüşçüsü Vüqar Kərəmovun (66 kq) İdman.bizə müsahibəsi

- Yaponiyanın Saqa şəhərində iştirak edəcəyiniz “Rizin Landmark 8”ə hazırlıq necə gedir?

- Mənim üçün hər bir yarış önəmlidir və iştirak etdiyim bütün turnirlərə böyük məsuliyyət ilə yanaşıram. Çünki bayrağımızı minlərlə insanın qarşısında təmsil edirəm. Bütün döyüşlərə yüksək şəkildə hazırlaşıram ki, hər zaman qalib gələrək bayrağımızı daim yüksəklərdə dalğalandıraq.

- Onda döyüşə hazır olduğunuz demək olar?

- Hazırlıq ötən ilin dekabrından başlayıb. Bakıda məşq edirik. Düşünürəm ki, yaxşı hazırlıq keçirik. Zala həm boks, həm də güləş yığmasının üzvləri də gəlir. Həmçinin onlar da bizə toplanışda yaxşı forma yığmaq üçün kömək edirlər.

- Yaponiyalı Kasumasa Madjuma ilə döyüşəcəksən. Görüşdən gözləntilərin nədir?

- Yaxşı rəqib və güclü döyüşçüdür. Reytinq cədvəlində hazırda 4-cü yerdədir. Əsasən döyüşlərində güləş fəndlərinə üstünlük verir.

- Onunla hansısa gecədə qarşılaşmısan?

- Eyni yarışlarda olmuşuq. Döyüşlərinə baxmışam. Onun demək olar ki, görüşlərini izləyib, yaxşı analiz etmişəm. Düşünürəm ki, döyüşümüz maraqlı olacaq.

- Səncə qələbə qazanmaq çətin olmayacaq?

- Təbii ki, heç bir yarışda iştirak asan deyil. Çünki buna aylarla hazırlıq lazımdır. Hətta gündə iki dəfə olmaqla hər gün məşq etməlisən. İnanıram ki, əziyyətimiz yerdə qalmaz və bu sınaqdan da alınıaçıq şəkildə çıxa bilərik.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: