Rafael Fiziyev ilk "10-luq"da

Xəbərlər
24 İyun 2025 15:05
103
Rafael Fiziyev ilk "10-luq"da

Bakıda keçirilən UFC turnirindən sonra təşkilat müxtəlif çəkilərdə reytinqləri yeniləyib.

İdman.biz xəbər verir ki, İslam Maxaçevin çempion olduğu yüngül çəkidə namizədlərin siyahısında Rafael Fiziyev bir pillə irəliləyib.

Bakıdakı turnirdə çilili İqnasio Bahamondesə qalib gələn azərbaycanlı döyüşçü hazırda 10-cu mövqedə qərarlaşıb.

İdman.biz

Məqalədə: