Azərbaycanlı MMA döyüşçüsü Məhəmmədəli Osmanlı “The Ultimate Fighter” (TUF) şousunun 34-cü mövsümünün final qarşılaşması öncəsi rəqibi ilə ənənəvi “baxışma” mərasimində üz-üzə gəlib.
İdman.Biz xəbər verir ki, Osmanlının rəqibi Qırğızıstan təmsilçisi İlimbek Akılbekov olacaq.
Ən yüngül çəki dərəcəsində həlledici döyüş sentyabrın 26-da ABŞ-ın Las-Veqas şəhərində “UFC Fight Night” turniri çərçivəsində keçiriləcək.
Osmanlı finala peşəkar karyerasında 13 qələbə və bir məğlubiyyət rekordu ilə yüksəlib. O, qələbələrinin doqquzunu ağrıdıcı və boğucu fəndlərlə qazanıb. Azərbaycanlı döyüşçü həmçinin ardıcıl 10 qələbəlik seriyaya sahibdir.
TUF 34 çərçivəsində Osmanlı əvvəlcə Artyom Belaxı birinci raundda boğucu fəndlə məğlub edib, yarımfinalda isə ikinci raundda Kristian Stronqu təslim olmağa məcbur edib.
Qeyd edək ki, Məhəmmədəli Osmanlı qarşıdakı finalın favoriti hesab olunur.
23:09
Azərbaycanlı MMA döyüşçüsü Məhəmmədəli Osmanlı “The Ultimate Fighter” (TUF) şousunun 34-cü mövsümünün final qarşılaşması öncəsi rəsmi çəkiölçmə mərasimini uğurla başa vurub.
İdman.Biz xəbər verir ki, ən yüngül çəki dərəcəsində həlledici döyüş sentyabrın 26-da ABŞ-ın Las-Veqas şəhərində "UFC Fight Night" turniri çərçivəsində keçiriləcək. 22 yaşlı azərbaycanlının rəqibi Qırğızıstan təmsilçisi İlimbek Akılbekov olacaq..
Osmanlı finala peşəkar karyerasında 13 qələbə və bir məğlubiyyət rekordu ilə yollanır. O, qələbələrinin doqquzunu ağrıdıcı və boğucu fəndlərlə qazanıb. Azərbaycanlı idmançı həmçinin ardıcıl 10 qələbəlik seriyasına sahibdir. .
TUF 34 çərçivəsində Osmanlı əvvəlcə Artyom Belaxı birinci raundda boğucu fəndlə məğlub edib, yarımfinalda isə ikinci raundda Kristian Stronqu təslim olmağa məcbur edib.
Qeyd edək ki, Məhəmmədəli Osmanlı qarşıdakı finalın favoriti hesab olunur.
