İstanbulda keçirilən qrapplinq üzrə “AIGA Global Series” turnirində Azərbaycan idmançıları 9 medal qazanıblar.
İdman.Biz xəbər verir ki, iki idmançımız qızıl medal qazanıb - 130 kq çəkidə mübarizə aparan İlham Haqverdiyev və 84 kq çəkidə mübarizə aparan Əli Allahyarov birinci olublar.
Nurlan Qurbanov (62 kq) və Fuad Cəlilov (62 kq) gümüş medal qazanıb.
Haqverdi Harun (50 kq), Mahmud Babayev (47 kq), Nihad Məmmədov (62 kq), Arif Quliyev (66 kq) və Məhəmməd Umar Əsgərov (71 kq) bürünc medal qazanıblar.
