Azərbaycanlı MMA döyüşçüsü Əli Quliyev UFC-dən aldığı döyüş təklifindən imtina edib.
İdman.Biz offsideplus.az-a istinadən xəbər verir ki, təklif idmançının İsveçdə təlim-məşq toplanışında olduğu vaxt onun menecerinə daxil olub.
Quliyev bildirib ki, döyüşə cəmi 6 gün qaldığı üçün qarşılaşmaya çıxmaq mümkün olmayıb:
“İsveçdə toplanışda olduğum vaxt menecerimə UFC-dən təklif gəldi. Bu barədə məşqçilərimə məlumat verdim və məsləhətləşdik. Döyüşə cəmi 6 gün qalmışdı və bu müddətdə 11 kiloqram çəki atmalı idim. Buna görə də döyüşdən imtina etmək qərarına gəldik”.
Azərbaycanlı döyüşçü hazırda UFC-nin ehtiyat siyahısında olduğunu və yeni təklifə hazır olmaq üçün çəkisini qorumağa çalışacağını söyləyib.
“Hazırda ehtiyat siyahısındayam. Çəkimi mümkün qədər qorumağa çalışacağam. Ola bilsin, oktyabrda bir döyüş keçirəm. Qısası, daha bir qarşılaşmaya çıxıb UFC-dən gələcək təklifi gözləyəcəyəm”, - deyə Quliyev əlavə edib.
