FIA Rusiya və Belarus pilotlarına qoyulan məhdudiyyətləri aradan qaldırıb

13 Avqust 2026 19:40
178
FIA Rusiya və Belarus pilotlarına qoyulan məhdudiyyətləri aradan qaldırıb

Beynəlxalq Avtomobil Federasiyasının (FIA) idarəetmə orqanı olan Dünya Avtomobil İdmanı Şurası (WMSC), Rusiya və Belarus sürücülərinin milli simvollarla yarışmasını qadağan edən əvvəllər tətbiq edilmiş sanksiyaları ləğv edib.

İdman.Biz bildirir ki, təşkilat bu barədə müvafiq açıqlama verib.

"Məsləhətləşmələrdən sonra WMSC FIA-nın fövqəladə tədbirlərini nəzərdən keçirmək və Rusiya və Belarus pilotlarının, milli komandalarının, fərdi yarışçıların və rəsmi şəxslərin iştirakına qoyulan məhdudiyyətləri, eləcə də milli rəmzlərin, rənglərin, bayraqların nümayişinə və himnlərinin səsləndirilməsinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq qərarına gəlib.

Rusiya və Belarus pilotları, milli komandaları, yarışçıları və rəsmi şəxsləri üçün yenilənmiş yanaşma:
Rusiya və Belarus pilotları, milli komandaları, fərdi yarışçıları və rəsmi şəxsləri heç bir məhdudiyyət olmadan beynəlxalq/zona yarışlarında iştirak edə bilərlər. Neytrallıq öhdəliyini imzalamaq tələbi artıq tətbiq edilmir.

Beynəlxalq/zona yarışlarında Rusiya və Belarus milli rəmzlərinin, rənglərinin və bayraqlarının (formalarda, avadanlıqlarda və avtomobillərdə) nümayiş etdirilməsinə, eləcə də himnlərinin səsləndirilməsinə icazə verilir.

FIA-nın aşağıdakı fövqəladə tədbiri qüvvədə qalır: Rusiya və Belarus ərazisində beynəlxalq/zona yarışlarının keçirilməsi sonrakı xəbərdarlığa qədər qadağandır", - FIA-nın rəsmi açıqlamasında deyilir.

İdman.Biz
Məqalədə: