Vüqar Kərəmov: “İnansınlar ki, məndən də yaxşı idmançı ola bilərlər” - FOTO

Xəbərlər
15 Yanvar 2024 12:55
Vüqar Kərəmov: “İnansınlar ki, məndən də yaxşı idmançı ola bilərlər” - FOTO

“Quba şəhərini “İdman paytaxt” seçildiyi üçün təbrik edirəm”.

İdman.biz xəbər verir ki, bu sözləri 4 qat dünya çempionu olan MMA döyüşçüsü Vüqar Kərəmov Quba şəhərində “İdman paytaxtı”nın açılış mərasimində deyib.

O, əslən qubalı sayılsa da, Xaçmazda böyüdüyünü bildirib: “Bütün gənclərimizə öz üzərlərində işləmələrini və idmanla məşğul olmalarını tövsiyyə edirəm. İnansınlar ki, məndən də yaxşı idmançı ola bilərlər”.

Vüqar Kərəmov cənab Prezident İlham Əliyevə öz təşəkkürünü bildirərək, idmana və idmançılara xüsusi diqqət və qayğı göstərdiyi üçün minnətdarlığını ifadə edib.

Banuçiçək Hüseynli, Quba
İdman.biz