UFC-də parlaq qələbə qazanan Azərbaycan təmsilçisi Tofiq Musayev vətənə qayıdıb. ABŞ-də keçirilən döyüşdən sonra bu gün səhər saatlarında paytaxta çatan idmançımız böyük coşqu ilə qarşılanıb.
İdman.Biz xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Tofiq Musayevi federasiya rəsmiləri, media nümayəndələri və çoxsaylı azarkeş ordusu qarşılayıb. Əllərində Azərbaycan bayraqları tutan pərəstişkarları idmançımızı şüarlarla salamlayıblar.
Xatırladaq ki, Tofiq Musayev UFC-dəki son qarşılaşmasında çilili rəqibi İqnasio Bahamondesə qalib gələrək növbəti uğuruna imza atmışdı.
