“Mən bura qələbə qazanmağa gəlmişdim”.
İdman.Biz xəbər verir ki, bu sözləri Azərbaycanın MMA döyüşçüsü Məhəmmədəli Nuruşov deyib.
O, “OCTAGON 84” turniri çərçivəsində Özbəkistanın fenomen döyüşçüsü Şahzod Uzoqov üzərində qazandığı qələbə barədə danışıb:
“Məni qınadılar, dedilər yaşın azdır, dedilər o səni döyəcək. Amma mən heç kimə inanmadım. Mən bura anama və atama görə gəlmişdim. Onlar mənə güvəndi. Bütün Azərbaycan mənə güvəndi. 11 yaşlı qardaşım da mənə güvənir və televizorun qabağında oturub döyüşü izləyirdi. Mən Azərbaycandan bura uduzmağa gəlməmişdim. Azərbaycan xalqı gördü ki, mən öz gücümü göstərdim. Özümdən səkkiz kilo ağır rəqiblə döyüşdüm. Mən özümü sübut elədim”.
Qeyd edək ki, Şahzod Uzoqovun döyüşdən öncə Məhəmmədəli Nuruşovu qışqıraraq qorxutmağa çalışmasını əks etdirən görüntülər sosial şəbəkələrdə gündəm olmuşdu.
