Castin Qetji UFC-dən karyerası ərzində bonuslar hesabına 1 milyon dollar qazanıb

Xəbərlər
26 Yanvar 2026 11:12
91
Castin Qetji UFC-dən karyerası ərzində bonuslar hesabına 1 milyon dollar qazanıb

Las-Veqasda (ABŞ, Nevada ştatı) yanvarın 24-dən 25-nə keçən gecə keçirilən “UFC 324” turnirinin yekunlarına əsasən ABŞ-li qaydasız döyüşçü Castin Qetji gecənin ən yaxşı döyüşünə görə bonus qazanıb.

İdman.Biz xəbər verir ki, ABŞ-li döyüşçü bu mükafata ingiltərəli Peddi Pimblettlə qarşılaşmaya görə layiq görülüb.

Xatırladaq ki, yeni qaydalara əsasən bonusların məbləği 100 min dollar təşkil edir. Bu da onların iki dəfə artırılması deməkdir, çünki bundan əvvəl bonuslar 50 min dollar idi.

Beləliklə, Castin Qetji karyerası ərzində bonuslar hesabına artıq 1 milyon dollar qazanıb.

Qeyd edək ki, “UFC 324” turnirindən etibarən əlavə bonus da tətbiq olunub. Bundan sonra vaxtından əvvəl qələbə qazanan hər bir döyüşçü qonorarına əlavə olaraq 25 min dollar alacaq. Son turnirdə ümumilikdə beş vaxtından əvvəl qələbə qeydə alınıb.

İdman.Biz
Məqalədə: