İliya Topuriya Pimbletti tənqid etdi

Xəbərlər
26 Yanvar 2026 08:40
172
İliya Topuriya Pimbletti tənqid etdi

Yüngül çəkidə UFC çempionu olan İliya Topuriya Castin Qetjiyə uduzan Peddi Pimblettin çıxışını sərt tənqid edib.

İdman.Biz xəbər verir ki, Pimblett amerikalı Castin Qetji ilə keçirdiyi döyüşdə beş raundun yekununda hakimlərin yekdil qərarı ilə məğlub olub. Bu nəticə Qetjinin UFC-də müvəqqəti çempion kəmərini qazanması ilə yekunlaşıb.

Döyüşdən sonra sosial şəbəkədə paylaşım edən Topuriya ingilis döyüşçünün böyük fürsəti əldən verdiyini bildirib. UFC çempionu qeyd edib ki, Pimblett qələbə qazanacağı təqdirdə karyerasının ən böyük qonorarını əldə edə bilərdi, lakin bu şansı boşa verib.

Qeyd edək ki, 29 yaşlı İliya Topuriya UFC-də məğlubiyyətsiz seriyasını davam etdirir və yüngül çəkidə titulun sahibidir.

İdman.Biz