“Ayaks” Zinçenko razılaşmasını tamamladı

Xəbərlər
18 Yanvar 2026 22:10
45
“Ayaks” Zinçenko razılaşmasını tamamladı

Niderlandın “Ayaks” klubu “Arsenal”in futbolçusu Aleksandr Zinçenkonu icarə əsasında heyətinə qatmağa yaxındır.

İdman.Biz xəbər verir ki, tərəflər arasında şifahi razılıq artıq əldə olunub.

Məlumata görə, Zinçenkonun “Nottinqem Forest”ə planlaşdırılan icarəsi ləğv edilib və ukraynalı futbolçu növbəti 24 saat ərzində Amsterdamda tibbi baxışdan keçmək üçün yola düşməyə hazırdır.

Razılaşma bütün tərəflərin razılığı ilə yekunlaşıb. Futbolçunun özü, “Arsenal”, “Nottinqeam Forest” və “Ayaks” bu keçidə razılıq veriblər. Yaxın vaxtlarda rəsmi sənədlərin imzalanması gözlənilir.

Aleksandr Zinçenko daha əvvəl İngiltərə Premyer Liqasında “Mançester Siti” və “Arsenal” formaları ilə çıxış edib, çoxfunksiyalı oyun üslubu ilə tanınır və həm sol cinah müdafiəçisi, həm də yarımmüdafiədə oynaya bilir.

İdman.Biz