Vüqar Kərəmov növbəti döyüşü üçün Yaponiyaya yola düşüb – FOTO

Xəbərlər
28 Dekabr 2025 16:00
49
Vüqar Kərəmov növbəti döyüşü üçün Yaponiyaya yola düşüb – FOTO

Azərbaycanın MMA döyüşçüsü Vüqar Kərəmov yaxınlaşan Rizin turniri üçün hazırlığını başa çatdırıb.

İdman.Biz xəbər verir ki, 33 yaşlı idmançı Tokioda təşkil olunacaq Rizin turnirində braziliyalı Koiki Kleberlə döyüşmək üçün Yaponiyaya yola düşüb.

Dekabrın 31-də “Shiwasu no Cho Tsuwamono Matsuri” tədbirində keçiriləcək qarşılaşma əsas kartda baş tutacaq.

Qarşılaşma ilin son ən böyük MMA tədbirlərindən biri hesab olunur və bir çox nüfuzlu döyüşçü həmin gecə oktaqona çıxacaq.

Qeyd edək ki, Kərəmov son müsabiqəsini iyunun 14-də Yaponiya paytaxtı Sapporoda keçirib və həmin döyüşdə yerli döyüşçü Şuya Kimura üzərində yekdilliklə qələbə qazanıb.

İdman.Biz