Aleks Pereyra Ağ Evdə keçirilməsi planlaşdırılan turnirindən imtina edib

Xəbərlər
16 Dekabr 2025 10:08
72
Aleks Pereyra Ağ Evdə keçirilməsi planlaşdırılan turnirindən imtina edib

UFC-nin yarımağır çəki dərəcəsində (93 kq-a qədər) hazırkı çempionu braziliyalı Aleks Pereyra Ağ Evdə keçirilməsi planlaşdırılan turnirdə döyüşməyəcək.

İdman.Biz xəbər verir ki, o, bununla bağlı “Instagram” səhifəsində paylaşım edib.

“Görünür, Ağ Ev variant deyil!” - deyə braziliyalı döyüşçü paylaşımında yazıb və posta təşkilatın rəhbəri Dana Uaytla çəkilmiş fotosunu yerləşdirib.

Xatırladaq ki, Aleks Pereyranın 38 yaşı var. “Poatan” ləqəbli döyüşçünün hesabında 13 qələbə var, onlardan 11-i vaxtından əvvəl qazanılıb, həmçinin üç məğlubiyyət qeydə alınıb. Onu da qeyd edək ki, UFC-nin Ağ Evdə keçirilməsi nəzərdə tutulan turniri 14 iyun 2026-cı il tarixinə planlaşdırılıb.

Daha əvvəl A.Pereyra bu tədbirdə Con Consla döyüşmək istədiyini bildirmişdi.

İdman.Biz

Məqalədə: