Yüngül çəki dərəcəsində UFC çempionu Petr Yan Yekaterinburqa gedib. Orada onu təxminən iki min azarkeş və hökumət rəsmiləri qarşılayıb.
İdman.Biz “RCC: MMA & Boxing” Telegram kanalına istinadla xəbər verir ki, orada Yana 2025-ci il buraxılışı olan yeni Mercedes-AMG G63 avtomobili hədiyyə edilib.

Görüşdə Sverdlovsk vilayətinin qubernatoru Denis Pasler, Yekaterinburq meri Aleksey Orlov və Rusiya Mis Şirkətinin təsisçisi İqor Altuşkin iştirak ediblər. Altuşkin Yana titul qazanması şərəfinə yeni Mercedes-AMG G63 yolsuzluq avtomobilinin açarlarını təqdim edib.

2020-ci ildə UFC çempionu olan Petr Yan, 2025-ci ildə gürcü döyüşçüsü Merab Dvalişvili üzərində qələbə qazanaraq kəmərini geri alıb.
