Petr Yan Merab Dvalişvilini məğlub etdi və UFC çempionluq kəmərini geri qaytardı – VİDEO

Xəbərlər
7 Dekabr 2025 10:40
101
Petr Yan Merab Dvalişvilini məğlub etdi və UFC çempionluq kəmərini geri qaytardı – VİDEO

Petr Yan Las-Veqasda keçirilən UFC-323 turnirinin əsas döyüşündə Merab Dvalişvili üzərində qələbə qazanaraq yüngül çəki dərəcəsində UFC çempionluq kəmərini yenidən ələ keçirib.

İdman.Biz xəbər verir ki, beş raund davam edən titul döyüşü hakimlərin yekdil qərarı ilə – 49:46, 49:46, 48:47 hesabları ilə rusiyalı döyüşçünün xeyrinə başa çatıb. Yan qarşılaşma boyu rəqibinin güclü tərəflərini neytrallaşdıraraq inamlı çıxış edib və kəməri geri qaytarıb.

Bu qələbə Petr Yan üçün peşəkar karyerasında 20-ci uğur olub, onun hazırda 5 məğlubiyyəti var. 32 yaşlı döyüşçü bununla da ardıcıl 4-cü qələbəsini qazanıb. 34 yaşlı Merab Dvalişvili isə 14 ardıcıl qələbədən sonra ilk dəfə məğlubiyyətlə üzləşib və rekordunu 20–4-ə endirib.

Qeyd edək ki, bu revanş qarşılaşması ilin ən çox gözlənilən döyüşlərindən biri sayılırdı və nəticədə Petr Yan yüngül çəki dərəcəsində yenidən dünya çempionu statusuna qovuşub.

İdman.Biz