Azərbaycanlı MMA döyüşçüsü Vüqar Kərəmov növbəti döyüşünü 31 dekabr 2025-ci ildə Yaponiyada keçirilməsi planlaşdırılan RIZIN turnirində keçirəcək.
İdman.Biz-in məlumatına görə, Kərəmovun rəqibi braziliyalı Kleber Koyke olacaq.
Kərəmov sonuncu dəfə oktaqon döyüşünü bu ilin iyun ayında keçirib və qələbə seriyasını davam etdirərək yapon döyüşçüsü Şii Kimuranı məğlub etmişdi.
