UFC prezidenti Dana Uaytın Las-Veqas kazinolarındakı çoxmilyonluq mərcləri və qumar səhnəsindəki “əfsanəvi sessiyaları” barədə sənədli film hazırlanır.
İdman.Biz xəbər verir ki, “The Hollywood Reporter” platforması Neftlixin qeyri-bədii layihə üzərində işlədiyini yazıb.
Mənbələr bildirir ki, Netflix çəkilişləri artıq başlayıb və kamera Dana Uaytı kazinolar boyu izləyərək onun blekcek və bakkara masalarındakı “çılğın macəralarını” - milyonlarla dollar itkilərdən eyni dərəcədə böyük qayıdışlara qədər – çəkir.
56 yaşlı Dana Uayt uzun illərdir ki, Las-Veqas qumar masalarının ayrılmaz hissəsi sayılır. Onun oyun gecələri haqqında rəvayətlər çoxdur.
2024-cü ildə bir gecədə 3 milyon dollar uduzub, lakin daha sonra “Caesars Palace”da 2,6 milyon dolları geri qazanıb. Başqa bir epizodda isə “Bellagio”da 1,2 milyon dollarlıq itkini 700 min dollarlıq gəlirə çevirib.
Məsələnin ironik tərəfi isə budur ki, Netflix filminin anonsu UFC-də şübhəli saxta döyüşlərlə bağlı Federal Təhqiqatlar Bürosu (FBI) tərəfindən aparılan araşdırmanın pik vaxtına düşüb. Araşdırma Dulqaryanın UFC Veqas 110-da aldığı qəribə məğlubiyyət və həmin məğlubiyyətə çoxsaylı böyük mərc qoyuluşları ilə əlaqələndirilir.
