Terens Krouford sevdiyi UFC döyüşçülərini açıqlayıb

Xəbərlər
28 Dekabr 2025 12:35
43
Terens Krouford sevdiyi UFC döyüşçülərini açıqlayıb

Karyerasını dekabr ayında başa vurmuş, beş çəki dərəcəsində dünya çempionu olan və məğlubedilməz amerikalı boksçu Terens Krouford (42-0, 31 nokaut) sevdiyi UFC döyüşçülərinin adını açıqlayıb.

İdman.Biz xəbər verir ki, Krouford KICK platformasında yayımlanan efir zamanı ona ünvanlanan sualları cavablandırıb.

“UFC-yə baxırsan? Sevdiyin döyüşçülər kimdir?” sualına boksçu, “Con Cons və Həbib”, - deyə cavab verib.

Qeyd edək ki, “Qartal” ləqəbli Həbib Nurməhəmmədov son döyüşünü 24 oktyabr 2020-ci ildə Əbu-Dabi yaxınlığındakı Yas adasında keçirilən UFC 254 turnirində amerikalı Castin Getsiyə qarşı keçirib. Həmin görüş idmançının ikinci raundda boğucu fəndlə qələbəsi ilə başa çatıb və bu, onun karyerasında 29-cu qələbəsi olub. Döyüşdən sonra Nurməhəmmədov karyerasını başa vurduğunu bəyan edib.

İdman.Biz