Keçmiş UFC çempionu və hazırda Şöhrət Zalının üzvü olan rusiyalı döyüşçü Həbib Nurməhəmmədov 24 qat “Böyük Dəbilqə” çempionu, keçmiş dünyanın birinci raketkası, serbiyalı tennisçi Novak Cokoviç və yarımorta çəkidə UFC çempionu, rusiyalı İslam Mahaçevlə birgə şəklini paylaşıb.
İdman.Biz xəbər verir ki, Nurməhəmmədov və Mahaçev BƏƏ-nin Dubay şəhərində keçirilən “Globe Soccer Awards” mərasimində Cokoviçlə görüşüblər. Sözügedən şəkil də orada çəkilib.
“Dünyanın ən yaxşı idmançıları ilə” - Həbib paylaşdığı şəklin altına yazıb.
“Qartal” ləqəbli Nurməhəmmədov son döyüşünü 24 oktyabr 2020-ci ildə BƏƏ-nin Əbu-Dabi yaxınlığındakı Yas adasında keçirilən UFC 254-də keçirib. Onun o vaxtkı rəqibi UFC-nin müvəqqəti yüngül çəki çempionu Castin Qetji idi. Döyüş rusiyalı idmançının ikinci raundda boğucu üsulla qələbəsi ilə başa çatıb. Bu, Nurməhəmmədovun karyerasındakı 29-cu qələbəsi idi.
