Ağ Evdə keçiriləcək UFC tədbirinə dünyanın hər yerindən yüksək vəzifəli şəxslər qatılacaq

Xəbərlər
5 Noyabr 2025 09:08
36
Ağ Evdə keçiriləcək UFC tədbirinə dünyanın hər yerindən yüksək vəzifəli şəxslər qatılacaq

Ağ Evdə keçirilməsi planlaşdırılan UFC tədbirində təkcə ABŞ prezidenti Donald Tramp və digər Amerika siyasi xadimləri deyil, həm də müxtəlif ölkələrdən olan yüksək vəzifəli şəxslər iştirak edəcək.

İdman.Biz bildirir ki, bu barədə nüfuzlu Amerika nəşri “Variety” məlumat yayıb.

Tədbir 2026-cı il iyunun 14-də keçiriləcək.

Məqalədə deyilir: “Mənbələr bildirir ki, Prezident Donald Tramp “Paramount”un liqa ilə bağladığı 7,7 milyard dollarlıq müqavilə çərçivəsində ilk UFC tədbirlərindən birini Ağ Evin çəmənliyində keçirmək planlarını təsdiqləyib. Dünyanın hər yerindən yüksək vəzifəli şəxslər şam yeməyində iştirak edəcək və sonra əsas tədbir üçün oktaqona gedəcəklər”.

İdman.Biz