Yüngül çəkidə keçmiş UFC çempionu Belal Məhəmməd keçmiş yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədovun əmisi oğlu Umar Nurməhəmmədovu necə məşq etdirməsindən danışıb.
İdman.Biz-in məlumatına görə, Məhəmməd deyib ki, Həbib Umarı amerikalı Mario Bautista ilə oktyabrın 25-də BƏƏ-nin Abu-Dabi şəhərində keçiriləcək UFC 321 döyüşü öncəsi imkanlarının son həddinə çatdırmağa çalışır.
“Umar bütün məşqləri Həbibin rəhbərliyi altında keçirdi. Həbib ən çılğın məşqçidir. Xüsusilə ilk məğlubiyyətindən sonra Umarı həmişəkindən daha çox divara dirəyəcək”, - Məhəmməd “No Scripts” podkastında deyib.
Ümumilikdə, Umar Nurməhəmmədov indiyədək qarışıq döyüş növləri üzrə 19 döyüş keçirib, 18-də qalib gəlib, birində məğlub olub.