Yüngül çəkidə UFC çempionu İliya Topuriya növbəti döyüşündə divizionda altıncı pillədə qərarlaşan britaniyalı Peddi Pimblettlə qarşılaşacaq.
İdman.Biz-in xəbərinə görə, jurnalist Alvaro Kolmenero sosial şəbəkədəki səhifəsində qarşılaşma haqda məlumat verib. Onun sözlərinə görə, idmançılar gələn ilin yanvarında UFC 324-də döyüşəcəklər.
"UFC 324"ün "Paramount+" ilə yeni əməkdaşlıq çərçivəsində promouşenin ilk böyük tədbiri olacağı gözlənilir. Pimblettin idman tədbirinə daha çox azarkeş cəlb etmək üçün seçildiyi güman edilir.
Topuriya 17 döyüşdə 17 qələbə qazanıb. Pimblett isə 26 döyüş keçirib, 23 qələbə və üç məğlubiyyətə imza atıb.