“İndi döyüşmək üçün səbəbim var” - Belal Məhəmməd qızının doğulmasından danışıb

Xəbərlər
20 Oktyabr 2025 20:14
38
“İndi döyüşmək üçün səbəbim var” -  Belal Məhəmməd qızının doğulmasından danışıb

Keçmiş UFC çempionu Belal Məhəmməd qızı dünyaya gələndən sonra həyata baxışının necə dəyişdiyindən danışıb.

“Bu, həyatı dəyişir. Əvvəllər məni xoşbəxt edən yer idman zalı idi. İndi isə ora nə üçün getdiyimi bilirəm. Əvvəllər hər kəsə onun səhv etdiyini sübut etmək və qalib gəlmək istəyirdim. İndi mənim uğrunda döyüşəcəyim biri var. Mən onun gələcəyi üçün döyüşürəm”, – Məhəmməd “No Scripts” podkastında deyib.

Məhəmməd son döyüşündə - may ayında keçirilən UFC 315-də avstraliyalı Cek Della Maddalenaya yekdil rəylə məğlub olub.

Belal noyabrın 22-də Qətərdə 77 kq çəki dərəcəsində UFC reytinqinin altıncı nömrəsi, irlandiyalı döyüşçü Yan Qarri ilə qarşılaşacaq.

İdman.Biz