UFC çempionu hətta 50 milyona sənədli fimdə çəkilməyəcəyini deyir

Xəbərlər
15 Oktyabr 2025 08:03
36
UFC çempionu hətta 50 milyona sənədli fimdə çəkilməyəcəyini deyir

Ağır çəkidə UFC çempionu (120 kq) britaniyalı Tom Aspinall sənədli filmlərə çəkilməklə bağlı mövqeyini açıqlayıb.

Bu barədə İdman.Biz “RMC Sport”a istinadən məlumat verir.

“Mən hətta 50 milyon dollara belə UFC-nin sənədli filmində çəkilməzdim. Ən azı aktiv döyüşdüyüm müddətdə. Heç bir şəkildə. Bunu etmək üçün mənə istədiyim pulu ödəyə bilməzsiniz”, - döyüşçü deyib.

Aspinallın növbəti döyüşü oktyabrın 25-nə planlaşdırılıb. Onun rəqibi fransalı döyüşçü Siril Qan olacaq.

2024-cü ilin iyulunda İngiltərənin Mançester şəhərində “UFC 304”də baş tutan son döyüşündə Aspinall ilk raundda amerikalı Kertis Bleydesi nokautla məğlub edib.

Siril Qan öz növbəsində son döyüşünü 2024-cü ilin dekabrında “UFC 310”da keçirib. Həmin vaxt fransalı döyüşçü rusiyalı Aleksandr Volkovu məğlub edib.

İdman.Biz