UFC çempionu Həmzət Çimayev İsveç vətəndaşlığını rədd etdi

Xəbərlər
13 Oktyabr 2025 14:51
34
UFC çempionu Həmzət Çimayev İsveç vətəndaşlığını rədd etdi

Rusiyalı döyüşçü, UFC-nin orta çəki dərəcəsində çempionu Həmzət Çimayev İsveç vətəndaşlığı almaq təklifindən imtina edib.

İdman.Biz xəbər verir ki, bu barədə idman bloqeri Adam Zubayrayev məlumat verib.

O bildirib ki, 2013–2023-cü illərdə İsveçdə yaşayan Çimayev belə bir imkandan yararlanmaq istəməyib. İdmançının yaşayış icazəsi və vöeni də olub.

Youtuber, idman bloqeri Kamil Hacıyev də Həmzətin bu qərarını şərh edib.

“Həm də İsveçdə baş verən hadisələr - xüsusən Quranın yandırılması ilə bağlı insidentləri xatırlayaq. Həmzət buna qəti şəkildə qarşı idi. Bütün bu amillər onun qərarına təsir göstərdi”, - deyə o bildirib.

Qeyd edək ki, Həmzət Çimayev Rusiya vətəndaşıdır.

İdman.Biz