Vüqar Kərəmov “Rizin”də yaponiyalı ilə döyüşəcək

Xəbərlər
3 Oktyabr 2025 12:56
127
Vüqar Kərəmov “Rizin”də yaponiyalı ilə döyüşəcək

MMA üzrə tanınmış idmançımız Vüqar Kərəmov “Rizin” təşkilatının növbəti tədbirində iştirak edəcək.

İdman.biz xəbər verir ki, onun rəqibi yaponiyalı Koyomi Matsuşima olacaq.

Döyüş noyabrın 3-də Kobe şəhərində keçiriləcək. Peşəkar karyerası ərzində 27 dəfə oktaqona çıxan Kərəmov 21 qələbə qazanıb, 6 dəfə uduzub.

Vüqar son döyüşünü bu ilin iyununda keçirib. O, Yaponiya təmsilçisi Şiya Kimuraya qalib gələrək uğurlu seriyasını davam etdirib.

İdman.Biz