Azərbaycanın kyokuşin millisi Bolqarıstanın Varna və Kamçiya şəhərlərində keçirilən Dünya kubokunda 2 medal qazanıb.
İdman.biz xəbər verir ki, idmançılarımız bu uğura iyulun 6-dan start götürən yarışın ilkin mərhələsində imza atıblar.
Selcan Babayeva (16-17 yaş, +65 kq) qızıl, Cavid Kazımlı (16-17 yaş, +75 kq) gümüş medal əldə edib.
Azərbaycan yarışda ümumilikdə 19 idmançı ilə təmsil olunur. Onlardan 14-ü (kyokuşin karate üzrə) artıq mübarizəyə qoşulub, 5 idmançı isə böyüklər arasında keçiriləcək “SENSHI” yarışlarında iştirak edəcək. Onların çıxışları növbəti günlərdə baş tutacaq.
Dünya Kyokuşin Birliyinin 37 ölkə üzrə rəsmi nümayəndəliklərinin yığmalarının qatıldığı yarışda yığmamız Azərbaycan Karate Federasiyasının baş katibi, həmçinin “KWU-SENSHI” üzrə nümayəndəsi Qabil Sayadovun rəhbərliyi ilə iştirak edir.
İdman.biz