Bakıda kontakt karate üslubları üzrə yay seminarı - FOTO

Xəbərlər
28 İyun 2025 10:41
53
Bakıda kontakt karate üslubları üzrə yay seminarı - FOTO

Bakıda kontakt karate üslubları üzrə nümunəvi yay seminarı keçirilib.

İdman.biz "Report"a istinadən xəbər verir ki, Heydər Əliyev Mərkəzində açıq havada təşkil olunan seminarda Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev, Gənclər və idman naziri Fərid Qayıbov və digər rəsmilər iştirak edib.

500-ə yaxın idmançının yer aldığı seminar üç - Kyokuşinkay Karate, Kosiki-Kudo Karate və Aşihara Karate üslubu üzrə təşkil olunub.

Seminar Şihan Allahverdi Rüstəmov və Rafael Bünyatov tərəfindən keçirilib.

Tədbir 26 iyun - Silahlı Qüvvələr gününə həsr olunub.

İdman.biz