İrina Zaretska Odessada seminar keçirəcək

Xəbərlər
29 May 2025 14:59
40
İrina Zaretska Odessada seminar keçirəcək

Karate üzrə üçqat dünya çempionu İrina Zaretska seminar keçirəcək.

İdman.biz xəbər verir ki, tədbir iyunun 21-də Ukraynanın Odessa şəhərində baş tutacaq.

Azərbaycan yığmasının üzvü müxtəlif yaş qruplarından olan gənc idmançılarla məşq keçəcək.

Seminarda həmçinin üçqat Avropa çempionu, ukraynalı Anjelika Terlyuqa da iştirak edəcək.

Qeyd edək ki, bu həftə Zaretskanı Mərakeşin Rabat şəhərində keçiriləcək Premyer Liqa mərhələsi gözləyir. Yarış sabah start götürəcək.

İdman.biz